"Elə kişi var ki, hər şeylə təmin edilir, amma yenə də xəyanət edir" "Elə kişi var ki, hər şeylə təmin edilir, amma yenə də xəyanət edir"
  • Toplum
  • 4 Avqust 2021 21:46
  •  19 457

“Kişilər yaşından tez cinsi münasibətə başlayırlarsa, onlar ömür boyu xəyanət edirlər” - Psixoloq

"Elə kişi var ki, hər şeylə təmin edilir, amma yenə də xəyanət edir"

“Kişi qadından nömrə götürürsə, bu, artıq xəyanətdir. Hansı niyyətlə nömrə alırsan? Demək ki, danışacaqsan, görüşəcəksən”.

Bu sözləri Lent.az-a açıqlamasında psixoloq Samirə Bağırova deyib:

“Qadınlar anlamalıdır ki, ömür boyu bir insana özünü həsr eləmək çox çətindir. Tamamilə başqa-başqa psixologiyada böyümüş insanlar gəlib birləşirlər. Bundan sonra 50-60 il bir yerdə yaşamaq çətindir. Biz doğma valideynlərimizlə bir yerdə olanda belə dava edirik. Arada ayrı qalın, bir-biriniz üçün darıxın. Göz görür, flirt edir, müqayisələr gedir. Sən əgər ailənin içində yaxşısansa, müqayisə edəndə deyəcək ki, mənimkinə çatan olmaz. Buna görə də o, yenə də öz xanımına qayıdır.

Çox qısqanclıq, özgüvənsiz deməkdi. Özünə arxayın insan niyə qısqanmalıdır? Özünə qadın kimi güvənən şəxs həyat yoldaşına istədiyi hər şeyi verirsə, niyə özündən əmin olmamalıdır? Hə, razıyam, elə kişi var ki, hər şeylə təmin edilir, amma yenə də xəyanət edir. Belə bir sindrom da var: Yaşından tez cinsi münasibətə başlayarsa, onlar bir ömür boyu xəyanət edirlər. Hər zaman yaxşı axtarışındadırlar. Əslində nədir? Hər şey var, heç nə yoxdur. Özünü axtarıb tapa bilmir. Artıq bu psixoloji problemdir. Gözləntiləri çoxdur, əldə etdikləri az”.

Aznews.az