• Toplum
  • 24 Oktyabr 2021 18:19
  •  10 488

COVID-19-a yoluxma STATİSTİKASI

1045 nəfər sağalıb, 25 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2036 yeni yoluxma faktı qeydə alınıb, 1045 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 516 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 604 nəfər müalicə olunaraq sağalıb, 6 894 nəfər vəfat edib, aktiv xəstə sayı 24 827 nəfərdir.