Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
  • Toplum
  • 24 Noyabr 2021 13:46
  •  3 575

DİN Bakıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən daxil olan məlumatda deyilir:

"Noyabrın 23-də saat 11 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakinləri İ.Rəsulovun idarə etdiyi “Hyundai” və S.Əliyevanın idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirən İ.Rəsulov yolun kənarında dayanan Elmira Məmmədəliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır".