• Toplum
  • 25 Noyabr 13:59
  •  1 598

"Polisin ölümü ilə bağlı araşdırmalar aparılır"

Baş Prokurorluq məlumat yayıb

Sumqayıt Şəhər Prokurorluğunda polis əməkdaşı Rahib Mütəllimovun ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölümü ilə bağlı araşdırmalar aparılır.

Bu barədə AzNews.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib.

Qeyd edək ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin polis baş serjantı R.Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.