• Toplum
  • 8 Dekabr 2021 18:13
  •  3 955

"Yəqin ki, 2022-ci ilin yayında pandemiya sonlanacaq” - Aydın Əliyev

“Omicron” ştammının ağır keçirilməsi ilə bağlı hələ ki ciddi bir fakt yoxdur"

“Azərbaycanda əhalinin əksər hissəsi peyvəndlənib. Hazırda üçüncü doza peyvəndin vurulması da davam edir. Əhali tərəfindən peyvəndlənmədə ciddi problem yoxdur. Düşünürəm ki, bizdə cərimə məsələsinə ehtiyac olmayacaq. Digər tərəfdən, bu məsələ “Omicron” ştammı ilə bağlı deyil. Çünki “Omicron” ştammının ağır keçirilməsi ilə bağlı hələ ki ciddi bir fakt yoxdur. Olan faktlar da onun yüngül olduğunu göstərir".

Aznews.az xəbər verir ki, bunu radioloq həkim Aydın Əliyev məlumat verib.

Həmçinin “Omicron”u insanlar daha yüngül keçirəcəklər. İybilmə və dad bilmənin itməməsi ola bilər, amma yorğunluq və halsızlıq şikayətləri isə daha qabarıq görünə bilər. Aldığım məlumata görə, “Omicron”un müəyyən fərqli əlamətləri də var. Amma ağır keçirilməsi ilə bağlı heç bir məlumat yoxdur. “Omicron” ştammı son 40 gün ərzində ilk dəfə aşkar edilib və yoluxanlar arasında ölüm faktı hələ ki qeydə alınmayıb. Eyni zamanda peyvənd vurduran insanlarda bu daha yüngül formada keçir”.

Həkim əlavə edib ki, sonrakı ştammlar heç də əvvəlki ştammlardan ağır olmayıb:

“Koronavirus hər dəfə mutasiya olduqca onun öldürücülüyü azalır və azalmağa davam edəcək. Həmçinin proses getdikcə daha da yüngülləşəcək. “Omicron” ştammının ölkəmizə gələ bilməsi ilə bağlı çox panikaya ehtiyac yoxdur. Düzdür, Rusiyada və başqa dövlətlərdə varsa, demək bizə gəlmə ehtiamalı da var. Amma bu gün epidemioloji vəziyyət nəzarət altındadır.

Əgər artım olarsa və ağır xəstələrin sayı artarsa, o zaman ciddi tədbirlər barədə düşünmək olar.

Əksər sanballı mütəxəssislər də bildirirlər ki, koronavirus mutasiyaya uğradıqca yoluxuculuq arta bilər, amma xəstəlik demək olar ki, yüngülləşəcək. Düşünürəm ki, 2022-ci ilin yaz aylarında yaya yaxın vəziyyət çox yaxşılaşacaq. Yəqin ki, pandemiya sonlanacaq”.