Əgər fakt öz təsdiqini taparsa, hüquqi qiymət veriləcək Əgər fakt öz təsdiqini taparsa, hüquqi qiymət veriləcək
  • Toplum
  • 13 Yanvar 2022 23:30
  •  7 966

Dövlət Komitəsi bağçada tərbiyəçinin azyaşlını döyməsi ilə bağlı araşdırmalara başlayıb

Əgər fakt öz təsdiqini taparsa, hüquqi qiymət veriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçalarının birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlayıb.

Aznews.az xəbər verir ki, sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində tərbiyəçinin azyaşlıya qarşı fiziki zorakılıq göstərdiyini əks etdirən videogörüntülər yayılıb.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.