Qüllənin üzərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” sözləri yazılmış lövhə əks olunub Qüllənin üzərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” sözləri yazılmış lövhə əks olunub
  • Toplum
  • 14 Yanvar 2022 23:28
  •  3 953

Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb

Qüllənin üzərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” sözləri yazılmış lövhə əks olunub

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Ankaranın simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.

Aznews.az xəbər verir ki, qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” sözləri yazılmış lövhə əks olunub.

Qeyd edək ki, Azərbaycana və qardaşlığımıza aid əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq Atakule qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanması ənənə halını alıb.