DİN məlumat yayıb DİN məlumat yayıb
  • Toplum
  • 6 May 2022 10:12
  •  6 322

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

DİN məlumat yayıb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 5-də saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində paytaxt sakini Ə.Əlizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Tahir Süleymanovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.