ƏƏSMN məlumat yayıb ƏƏSMN məlumat yayıb
  • Toplum
  • 29 İyun 2022 10:22
  •  4 288

Həyat fəaliyyətinin 7 kateqoriya üzrə məhdudlaşma faizləri müəyyən olunacaq

ƏƏSMN məlumat yayıb

Azərbaycanda əlillik sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun fundamental islahat olan yeni “Əlilliyin müəyyən olunması meyarları” iyulun 1-dən qüvvəyə minəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin vaxtdan əlilliyinin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma faizlərinin müəyyən olunması əsasında həyata keçiriləcək.

15 yaşına çatmamış uşaqlar əmək fəaliyyətinə cəlb edilmədiyi üçün onlarda əmək fəaliyyəti bacarığı qiymətləndirilməyəcək.