• Toplum
  • 7 İyul 17:34
  •  1 775

Biləcəridə uzunluğu 1 kilometrdən çox olan yol təmir edilir

AAYDA məlumat yayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin 1 May küçəsini təmir edir.

Bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 056, eni ortalama 6 metr təşkil edən sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Küçənin 5 650 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Hazırda kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılır.

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,6 kilometr təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur. Agentlik ötən il adıçəkilən rayonda 15,4 kilometr uzunluğa malik küçə təmir edib.

image description image description image description