Hadisə ilə bağlı araşdırma aparılır Hadisə ilə bağlı araşdırma aparılır
  • Toplum
  • 24 İyul 2022 16:21
  •  4 998

Bərdədə 3 azyaşlı piyadanı maşın vurub - FOTO

Hadisə ilə bağlı araşdırma aparılır

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub.

Aznews.az-ın xəbərinə görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları Moskviç markalı minik avtomobili vurub.

Qəza nəticəsində hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.