• Toplum
  • 27 Sentyabr 21:05
  •  2 443

Bakıda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanılıb

DİN-in Mətbuat xidmətindən məlumat verilib

Bakıda “kirayə ev” adı altında vətəndaşları, əsasən də tələbələri aldadan şəxs saxlanılıb.

Aznews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov məsuliyyətə cəlb edilib. O ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq etdiyini etiraf edib.

Araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər", - deyə nazirlikdən bildirilib.