- Toplum
- 12 Oktyabr 2022 17:06
- 4 086
Bu stansiyalara giriş saat 23:30-da bağlanacaq

"Bakı Metropoliteni" QSC məlumat yayıb
Sabahdan başlayaraq oktyabrın 16-na qədər "Bakı Metropoliteni" QSC-nin “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.
AzNews.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, buna səbəb Bənövşəyi xəttinin “Xocəsən-Avtovağzal” sahəsində “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılmasıdır.