- Toplum
- 24 Yanvar 2023 11:25
- 4 487
Bütün sosial yardımlar bu tarixdə artımlarla ödəniləcək

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə AzNews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.