• Toplum
  • 20 Mart 2023 12:39
  •  4 180

Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıb

Bu ilin yanvar-fevral aylarında "Bakı Metropoliteni" QSC 33,8 milyon sərnişin daşıyıb.

Bu barədə Aznews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

Xatırladaq ki, Bakı metropolitenində xətlərinin uzunluğu 38,8 kilometr olmaqla, 3 xətt üzrə 26 stansiya var.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyalarının sayı isə 76-ya çatacaq.