• Toplum
  • 27 Mart 2023 10:06
  •  2 713

Şəmkirdə avtomobil aşıb, sürücü ölüb

Şəmkirdə avtomobil aşıb, sürücü ölüb.

1961-ci il təvəllüdlü Valeh Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Şiştəpə-İrmaşlı kənd avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətdə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənar hissəsinə aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.