- Toplum
- 27 Mart 22:10
- 4 950
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
![](https://www.aznews.az/storage/2024/03/27/66045e166714866045e1667149171156226266045e166714666045e1667147.jpg)
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib.
Aznews.az xəbər verir ki, Namiq Abbasov 84 yaşında dünyasını dəyişib.
Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.
Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.