• Toplum
  • 19 May 10:32
  •  31 907

Bu ilin dörd ayı ərzində 17 mindən çox şəxsə pensiya təyinatı aparılıb

Bu ilin yanvar-aprel ayları ərzində 17 500-dən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onların 54,86%-ni kişilər, 45,14%-ni isə qadınlar təşkil edib.