Qadağa qüvvəyə mindi: Evlənə bilməyəcəklər!

Sabahdan Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu, Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.

AzNews.az