- Türkiyə
- 12:46
- 1 077
Məhkəmə CXP ilə bağlı qərar verdi

Ankarada məhkəmə Türkiyənin ana müxalifət partiyası CXP-nin 2023-cü ildə baş tutan 38-ci Qurultayının ləğvi tələbi ilə açılmış məhkəmə işinin üçüncü iclası keçirilib. Proses zamanı məhkəmə səlahiyyət çatışmazlığına dair qərarın etiraz müddətinin gözləniləcəyini bildirərək işi 8 sentyabr tarixinə təxirə salıb.
Prosesdə Lütfü Savaşın vəkili Onur Yusuf Üregen, 38-ci Qurultayın qeyri-legitim keçirildiyini bildirib və seçilmiş partiya rəhbərliyinin qanunsuz olduğunu qeyd edib. Üregen bildirib ki, qurultay zamanı nümayəndə iradəsi manipulyasiya edilib və hüquqi normalar pozulub. Onun sözlərinə görə, bu vəziyyət ictimai qaydanı pozur və partiyanın əvvəlki rəhbərliyinin – Kemal Kılıçdaroğlu və onun qərar orqanlarının yenidən vəzifəyə qaytarılması tələb olunur.
CXP-nin vəkili Çağlar Çağlayan isə qarşı tərəfin iddialarını əsassız adlandırıb. Çağlayan vurğulayıb ki, siyasi partiyaların qurultay nəticələrinə məhkəmə tərəfindən müdaxilə edilməsi qanunlara ziddir. O qeyd edib ki, siyasi partiyaların idarə edilməsi yalnız qurultayda seçilmiş şəxslərin məsuliyyətidir və məhkəmələr bu mövzuda qərar verə bilməz.
Prosesdə CXP-nin verdiyi vəsatətlər məhkəmə tərəfindən qəbul edilib.
Prosesin 8 sentyabr tarixinə qədər təxirə salınması ilə tərəflər arasında hüquqi mübahisənin davam edəcəyi gözlənilir.
Tərəflərin təqdim edəcəyi əlavə arqumentlərin məhkəmənin yekun qərarına təsir edəcəyi ehtimal olunur.
AzNews.az