Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.
Aznews.az xəbər verir ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Bakı şəhəri, Suraxanı rayonunun Qum adası bağlar yaşayış sahəsində, Neftçala rayonunun Həsənabad qəsəbəsində, Astara rayonunun Qamışoba kəndində, Xaçmaz rayonunun Tikanoba kəndində və Mingəçevir Su Anbarının Samux rayonunun sahilinə düşən hissəsində təşkil edilib.
Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.