- Dünyanın halı
- 10 Noyabr 2018 09:46
- 2 129
Fələstinlilər səfirin maşınını daşqalaq etdilər

Diplomat oradan uzaqlaşmaq məcburiyyətində qalıb
Qəzza zolağında Qətər səfirinin korteji bir qrup etirazçı tərəfindən daşqalaq olunub.
Hadisə səfir Məhəmməd əl-Amadinin “Əl-Auda” düşərgəsinə səfəri zamanı baş verib.
Nəticədə qətərli diplomat oradan uzaqlaşmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, səfirin Qəzza zolağına səfəri Qətər dövləti tərəfindən anklavda dövlət qulluqçularına maaşların ödənildiyi günə təsadüf edib. Eyni zamanda hər cümə günü fələstinlilər İsrail ilə sərhəddə etiraz aksiyaları keçirirlər. (Oxu.Az)
© AzNews.az