Əfqanıstanda Talibanın gecə etdiyi hücum zamanı ən azı, 30 polis ölüb. Əfqanıstanda Talibanın gecə etdiyi hücum zamanı ən azı, 30 polis ölüb.

Talibanın qeyri-adi hücumu: onlarla ölü var...

Əfqanıstanda Talibanın gecə etdiyi hücum zamanı ən azı, 30 polis ölüb.

Taliban Əfqanıstanın qərbində yerləşən Ferah əyalətinə hücum edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı 30 polis, 17 Taliban silahlısı ölüb.

Taliban qruplaşmasının üzvləri qaçarkən özləri ilə çoxlu silah və sursat aparıblar.

Talibanın sözçüsü Kari Muhammed Yusuf Ahmedi bununla bağlı açıqlama verib. O, Ferah Rod rayonunda baş verən hücumun, Kabil hökumətinin qüvvələri arasına əvvəlcədən girmiş 6 Taliban üzvü tərəfindən edildiyini deyib.

Pərvanə AĞAZADƏ
AzNews.az