- Dünyanın halı
- 26 Noyabr 2018 11:26
- 2 473
“Alternativ Nobel mükafatı” təqdim olundu

Mükafatı yeddi nəfər alıb.
Stokholmda İsveçin "Right Livehood Award Foundation” fondunun "alternativ Nobel mükafatı” da adlandırılan "Düzgün həyat tərzi uğrunda” mükafatı təqdim olunub.
Bu barədə DPA agentliyi xəbər verir.
Mükafatı yeddi nəfər alıb. Onların cəmi dördü şəxsən mərasimdə iştirak edə bilib. Üç laureat – səudiyyəli hüquq müdafiəçiləri Abdulla Həmid, Məhəmməd Fəhd Qəhtani və Vəlid Əbülxeyr dövlətin nüfuzuna zərər vurmaqda ittiham olunaraq Səudiyyə Ərəbistanında həbsxanada yatırlar.
Qvatemalanın baş prokuroru Telma Aldana və Cəzasızlığa qarşı Beynəlxalq Komissiyanın başçısı İvan Velaskes "hakimiyyətdən sui-istifadə və korrupsiya ilə mübarizəyə görə” mükafata layiq görülüblər.
Burkina-Fasodan fermer Yakuba Savadoqo və avstraliyalı aqronom Toni Rinodo torpaqların səhralaşmasına qarşı mübarizə sahəsində ekoloji layihələrə görə mükafat alıblar.(azerbaijan-news.az)
© AzNews.az