- Dünyanın halı
- 3 Yanvar 2019 11:24
- 2 937
Pakistandan FETO-ya daha bir zərbə

“Pak-Türk Çağ Eğitim” dərnəyinin məktəblərinin idarəçiliyi Türkiyə Təhsil Nazirliyinə verilib.
Türkiyənin Təhsil Nazirliyi Pakistandakı FETO məktəblərini alıb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pakistan Ali Məhkəməsi FETO-nun ölkədə terror təşkilatı elan edilməsi üçün Daxili İşlər Nazirliyinə təlimat verib.
Təlimatın ardından Pakistandakı “Pak-Türk Çağ Eğitim” dərnəyinin məktəblərinin idarəçiliyi Türkiyə Təhsil Nazirliyinə verilib.
Nigar CƏFƏR
AzNews.az