Tayvandan Çinə reaksiya - "Birləşməyəcəyik!"

Tayvan lideri Tsai Ing-Ven açıqlama yayıb.

Tayvan lideri Tsai Ing-Ven “Tayvan tək ölkə, iki system formulunu heç vaxt qəbul etməyəcək. Tayvan xalqının çoxu Pekin tərəfindən hazırlanan bu yanaşmaya ciddi şəkildə etiraz edir” deyib.

AzNews.az "Focus Taiwan"a istinadən xəbər verir ki, Tsai paytaxt Taipeidə verdiyi açıqlamada Çin lideri Şi Çınpingin Tayvana etdiyi "birləşmək" çağırışına etirazını bildirib.

"Hər iki tərəf 1992-ci ildə "Tək Çin" mövzusunda ortaq fikrə gələrək anlaşma qəbul edib. Bu anlaşma rəsmi Pekin höküməti tərəfindən tək ölkə, iki sistem anlayışına görə hazırlanıb". Tsai əlavə edib.

Pərvanə Ağazadə

AzNews.az