Yaponiyada xalq “ Tanrının oğlu”nu görmək üçün Tokionun mərkəzi meydanına axın edib. Yaponiyada xalq “ Tanrının oğlu”nu görmək üçün Tokionun mərkəzi meydanına axın edib.

İmperatorun son çıxışı - FOTOLAR

Yaponiyada xalq “ Tanrının oğlu”nu görmək üçün Tokionun mərkəzi meydanına axın edib.

Meydanda 100 minlərlə yaponun qarşısında ölkənin imperatoru Akihito çıxış edib.

Akihito imperator kimi son dəfə xalqını salamlayıb.

1989-cu ildən Yaponiya imperatoru olan Akihito 2019-cu il aprelin 30-da taxtdan endiriləcək. Bu səbəbdən o, xalq qarşısında son çıxışını edib.

İmperator xalqı ilə birlikdə buludsuz səma altında yeni ilə qarşılamaqdan məmnun olduğunu bildirib.

Qeyd edək ki, Akihito müharibə dövrünün imperatoru olaraq tanınan Hirohitonun oğludur. Hirohito bir zamanlar Yaponiyada Tanrı kimi tanınırdı. Bu səbəbdən də Akihitoya “Tanrının oğlu” ləqəbi verilib.

Atasından fərqli olaraq Akihito xalqla daha yaxın olub, hətta kral ailəsindən sadə xalqın qızı ilə evlənən ilk şəxs kimi adını tarixə yazıb. Onun iki oğlu da atasının yolu ilə gedərək sadə yapon qızla ailə qurub.

Yaponiyada qərb dünyasından fərqli kral ailəsi mediadan uzaq həyat yaşamağa üstünlük verir.(teleqraf.com)

© AzNews.az