Sudan prezidenti Ömər əl-Bəşir ölkədə qiymət artımı ilə bağlı davam edən aksiyalara görə geri addım atıb. Sudan prezidenti Ömər əl-Bəşir ölkədə qiymət artımı ilə bağlı davam edən aksiyalara görə geri addım atıb.

Sudan prezidenti geri addım atdı: “Seçkilərə hazırlaşın”

Sudan prezidenti Ömər əl-Bəşir ölkədə qiymət artımı ilə bağlı davam edən aksiyalara görə geri addım atıb.

“Dunyabulteni.net” xəbər verir ki, o, xalqa səslənərək ölkənin idarəçiliyini gənclərə təhvil verəcəyini elan edib:

“Gənclərə səslənirəm. Özünüzü hazırlayın, biz idarəetməni təhvil verməyə hazırıq. Rəhbərliyə gəlmək istəyənlər 2020-ci ildəki seçkilərə hazırlaşsınlar”.

Qeyd edək ki, Sudanda 3 həftədir hökumət əleyhinə keçirilən aksiyalarda 19 nəfər ölüb, 406 nəfər isə yaralanıb.(qafqazinfo.az)

© AzNews.az