Böyük ölkənin vətəndaşları azadlıq istəmir. Böyük ölkənin vətəndaşları azadlıq istəmir.

Rusiyalıların qul olmaq xoşlarına gəlir - Viktor Yuşenko

Böyük ölkənin vətəndaşları azadlıq istəmir.

Rusiya Federasiyasında yaşayan insanların qul olmaq xoşlarına gəlir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın sabiq prezidenti Viktor Yuşenko səsləndirib.

Onun sözlərinə görə, böyük ölkənin vətəndaşları azadlıq istəmir və demokratiyaya doğru can atmırlar.

Bu haqda informasiyanı "Ukrainskaya pravda" nəşri yayıb.

"Siz özünüzü qələbə tələb edən xalq kimi aparmırsınız, çünki qulsunuz". Yuşenko belə deyib.

Bir vaxtlar Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko isə ukraynalılara "qul" demişdi.

Xanım siyasətçi rəsmi Kiyevin hazırkı siyasətini tənqid edərək bildirmişdi ki, qədim Misirdə qullar çox pul alırdı: "Ona görə təhqir edilməkləri adi hal hesab edilə bilər".

Babək Göyüş

AzNews.az