Heyvanlar susuzluq və yüksək temperatur nəticəsində kütləvi surətdə qırılır. Heyvanlar susuzluq və yüksək temperatur nəticəsində kütləvi surətdə qırılır.

Qızmar istilər nəticəsində heyvanlar kütləvi surətdə qırılır

Heyvanlar susuzluq və yüksək temperatur nəticəsində kütləvi surətdə qırılır.

Avstraliya cırhacır istilərdən əziyyət çəkir.

Termometrin civə sütunu Selsi ilə 48 dərəcəyə yüksəlib.

Heyvanlar susuzluq və yüksək temperatur nəticəsində kütləvi surətdə qırılır.

Ölkənin cənubunda, Alis-Sprinqs şəhəri yaxınlığındakı meşədə onlarca ölü heyvan aşkar edilib. Qızmar istilərə görə göllər quruduğuna görə atlar və digər heyvanlar susuz qalıb.

Alis-Sprinqsdə artıq iki həftədir havanın temperaturu 42 dərəcədən enmir. Yerli meteoroloqlar bildirirlər ki, belə istilər bu bölgə üçün rekord göstəricidir.

Sedun şəhərində isə temperatur 48,6 dərəcəyə yüksəlib. Cənubi Avstraliyanın bütün ərazisi yüksək temperaturun cəngindədir. Son bir gün ərzində istilərə görə həkimlərə 44 adam müraciət edib.(AZƏRTAC)

© AzNews.az