Bıçaqlanan prezident vəzifəsindən uzaqlaşdı

"48 saat ərzində tam dinclik olmalıdır"

Braziliya prezidenti Jair Bolsonaru əməliyyat olunacaq.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin nümayəndəsi Otaviu Santana du Requ Barrusa məlumat bildirib.

"Prezident əməliyyatdan sonra bərpa prosesi keçməlidir. Bunun üçün 48 saat ərzində tam dinclik olmalıdır." - məlumatda belə qeyd olunur.

Bu səbəbdən prezident iki günlük vəzifəsini icra edə bilməyəcək. Onu vitse-prezident Antonio Hamilton Maurao əvəzləyəcək.

Xatırladaq ki, ötən ilin sentyabrında Braziliya prezidenti sui-qəsdə məruz qalıb. Sentyabrın 6-da Minas-Jerays ştatının Juiz-di-Foru şəhərində keçirilən seçkiqabağı mitinq zamanı Bolsonaru bıçaqlanıb. O, hələ də aldığı yaralardan müalicə olunurdu.

Fəridə Abdulla
AzNews.az