Qanun layihəsi komik sahədə nizamlama qaydalarını sərtləşdirmək məqsədilə hazırlanıb. Qanun layihəsi komik sahədə nizamlama qaydalarını sərtləşdirmək məqsədilə hazırlanıb.

Bu ərəbləri 10 milyon dirhəm cərimə gözləyir

Qanun layihəsi komik sahədə nizamlama qaydalarını sərtləşdirmək məqsədilə hazırlanıb.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hazırlanan yeni federal qanun layihəsinə əsasən, hakimiyyət orqanlarının icazəsi olmadan kosmik obyekti fəzaya göndərən BƏƏ vətəndaşlarını 10 milyon dirhəm (2,7 milyon dollar) cərimə və iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Qanun layihəsi komik sahədə nizamlama qaydalarını sərtləşdirmək məqsədilə hazırlanıb.

“Khaleej Times” qəzeti xəbər verir ki, BƏƏ-nin Kosmik Agentliyi tərəfindən hazırlanan və hazırda Federal Milli Şurada müzakirəyə çıxarılan qanun layihəsinə görə, kosmik agentliyin icazəsi olmadan heç kim hər hansı kosmik obyekti dəniz səviyyəsindən 100 kilometr yuxarı fəzaya buraxa bilməz. Qanunun qəbul edilməsindən sonra bu cür obyektlərin – peyk və raketlərin sanksiyasız əldə edilməsi qanunsuz hesab olunacaq. Sənəddə, həmçinin ölkə ərazisində meteoritlərin alınıb satılması və çıxarılması da qadağan edilib.(AZƏRTAC)

© AzNews.az