Siyasi qüvvələr arasındakı narazılıqlar səbəbindən yeni hökumət 9 aydır qurula bilmirdi. Siyasi qüvvələr arasındakı narazılıqlar səbəbindən yeni hökumət 9 aydır qurula bilmirdi.

Livanda yeni hökumət quruldu

Siyasi qüvvələr arasındakı narazılıqlar səbəbindən yeni hökumət 9 aydır qurula bilmirdi.

Livanda 9 ay sonra yeni hökumət qurulub.

2018-ci il mayın 6-da keçirilən seçkilərdən sonra yeni hökumətin qurulmasına cavabdeh olan baş nazir Saad Hariri nazirlərin siyahısını təqdim etmək üçün Baabda Prezident sarayına yollanıb. Parlament sədri Nebih Berrinin də iştirakı ilə keçirilən iclasda prezident Mişel Avnın təsdiqetməsindən sonra yeni hökumətin tərkibi açıqlanıb.

Nazirlər Kabinetinin katibi Fuad Filfil Baabda sarayında mətbuat konfransında hökumətin 30 üzvünün adını açıqlayîb.

Qeyd edək ki, Livanda siyasi qüvvələr arasındakı narazılıqlar səbəbindən yeni hökumət 9 aydır qurula bilmirdi. (qafqazinfo)

AzNews.az