İsrailin Nazirlər Kabineti açıqlama verib. İsrailin Nazirlər Kabineti açıqlama verib.

Netanyahudan Britaniyaya təşəkkür

İsrailin Nazirlər Kabineti açıqlama verib.

İsrailin baş naziri Binyamin Netanyahu Livan Hizbullahının siyasi qanadını terror qruplaşmaları siyahısına saldığı üçün Britaniyaya təşəkkür edib.

AzNews.az xəbər verir ki, bu barədə İsrailin Nazirlər Kabineti yazılı açıqlama verib.

Netanyahu Böyük Britaniyanın baş naziri Tereza Meylə telefonla danışıb və Hizbullahı terror təşkilatı siyahısına saldığı üçün minnətdarlığını bildirib.

Bu qətiyyətinə görə Meyi təqdir edən Netanyahunun digər ölkələrin də belə addımı atacağına ümid etdiyi vurğulanır.

Pərvanə Ağazadə

AzNews.az