- Dünyanın halı
- 11 Mart 2019 12:55
- 1 306
Cənubi Koreya KXDR-in Soxe poliqonundakı fəaliyyətini diqqətlə izləyir

Polkovnik təfərrüatları açıqlamaqdan imtina edib.
Koreya Respublikasının hərbçiləri KXDR-in nüvə-raket proqramı ilə bağlı fəaliyyətinin monitorinqini gücləndirib.
Yonhap informasiya agentliyi xəbər verir ki, bunu qərargah rəisləri komitəsinin nümayəndəsi polkovnik Kim Çun Nak deyib.
“Koreya Respublikasının Silahlı Qüvvələri ABŞ-la birgə poliqondakı bütün hərəkətliliyi, eləcə də raket startlarına mümkün hazırlıqla bağlı fəaliyyətləri diqqətlə izləyir”, - deyə o bildirib. Bununla yanaşı, polkovnik təfərrüatları açıqlamaqdan imtina edib.
Bir qədər əvvəl ABŞ-ın ictimai radiosu kommersiya peyklərindən əldə edilən fotoşəkillərin analizinə əsasən, KXDR-in raket sınağına, yaxud kosmik buraxılışa hazırlıq işləri gördüyünün ehtimal olunduğu barədə xəbər yaymışdı. “DigitalGlobe” kompaniyasının məlumatına əsasən, Pxenyan yaxınlığında yerləşən Sanumdon yaşayış məntəqəsi rayonundakı obyektdə böyük miqdarda xüsusi texnika qeydə alınıb.
Həmçinin Şimali Koreya problemləri ilə məşğul olan 38 North saytı və Amerika strateji və beynəlxalq tədqiqatlar mərkəzi bundan bir neçə gün əvvəl KXDR-in Sanumdonda uzaq mənzilli raket buraxılışı kompleksinin yerləşdiyi Soxe obyektində fəallığını bərpa etməsinin mümkünlüyünü bildirmişdi.(AZƏRTAC)
AzNews.az