Zimbabvedə tropik “İdai” siklonu nəticəsində həlak olanların sayı 268 nəfərə çatıb. Zimbabvedə tropik “İdai” siklonu nəticəsində həlak olanların sayı 268 nəfərə çatıb.

“İdai” qurbanlarının sayı 268 nəfərə çatdı

Zimbabvedə tropik “İdai” siklonu nəticəsində həlak olanların sayı 268 nəfərə çatıb.

“NewsDay” nəşri xəbər verir ki, bu barədə ölkənin İnformasiya Nazirliyi məlumat yayıb.

“Təəssüflə bildiririk ki, həlak olanların sayı 268 nəfərə çatıb və axtarış-xilasetmə əməliyyatı davam etdikcə bu rəqəmin artacağı gözlənilir”, - deyə Zimbabvenin informasiya naziri Monika Mutsvanqva bildirib.

Təbii fəlakət, həmçinin Mozambikdə 598 nəfərin, Malavidə isə 56 nəfərin ölümü ilə nəticələnib. Beləliklə siklon üç ölkədə ümumilikdə 900-dən çox insanın həyatına son qoyub.

Mart ayının ortalarından başlayaraq Afrikanın cənub-şərqində tüğyan edən “İdai” tropik siklonu Mozambik, Zimbabve və Malaviyə ciddi zərər vurub.(AZƏRTAC)

AzNews.az