4 nəfərlik alpinist qrupunu əraziyə göndərilib. 4 nəfərlik alpinist qrupunu əraziyə göndərilib.

Dünyanın ən hündür zirvəsi yenindən ölçüləcək

4 nəfərlik alpinist qrupunu əraziyə göndərilib.

Yer kürəsində ən hündür nöqtəsi olan Himalay dağının Everest (Comolunqma) zirvəsi yenidən ölçüləcək.

Mütəxəssislər 2015-ci ildə Nepalda baş verən zəlzələ zamanı Everestin ölçüsünün dəyişdiyini iddia edir.

Bu iddialara son qoymaq üçün Nepal hökuməti 4 nəfərlik alpinist qrupunu əraziyə göndərib.

Heyətin rəhbəri Xim Lal Qaytam zirvəyə çatmağın asan olmayacağını, lakin verilən tapşırığı uğurla yerinə yetirməyə çalışacaqlarını bildirib.

Qeyd edək ki, 8848 metr hündürlüyü olan Everest zirvəsi sonuncu dəfə 1954-cü ildə ölçülüb. 1999-cu ildə bir qrup tərəfindən GPS-lə ölçüm zamanı bu rəqəmin üstünə 2 metr əlavə edilsə də, hazırda dünyada 8848 metr qəbul edilir. (qafqazinfo)

AzNews.az