Şimali Koreya yeni taktiki silahlarını sınaqdan keçirdi

Sınaqlar zamanı KXDR lideri Kim Çen In da poliqonda olub

Şimali Koreya yeni taktiki silah sistemini sınaqdan keçirdiyini açıqlayıb. Sınaqlar zamanı KXDR lideri Kim Çen In poliqonda olub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Beynəlxalq xəbər agentlikləri sınağın orta mənzilli raketlərlə edildiyini açıqlayıb.

Şimali Koreya isə bildirib ki, Kim Çen Inın ABŞ prezidenti Donald Trampla görüşdüyü son bir il ərzində nə nüvə, nə də uzun mənzilli raket sınaqdan keçirib.

Yeni taktiki silah sistemininin sınağından sonra rəsmi Pxenyan iki ölkə arasındakı müzakirələrdə həmsöhbət kimi ABŞ-ın dövlət katibi Mayk Pompeonu istəmədiyini deyib.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA müzakirələrdə “daha yetkin və diqqətli” birinin olmasını istədiklərini vurğulayıb.

Pərvanə Ağazadə

AzNews.az