Öldürülən terrorçular “Təhrik-ei-Taliban” qruplaşmasının üzvləri olub Öldürülən terrorçular “Təhrik-ei-Taliban” qruplaşmasının üzvləri olub

Pakistanda 5 terrorçu öldürüldü

Öldürülən terrorçular “Təhrik-ei-Taliban” qruplaşmasının üzvləri olub

Pakistan ordusu və polisinin Xayber-Paxtunxva əyalətinin Peşəvər şəhərində apardığı antiterror əməliyyatında beş terrorçu öldürülüb.

Pakistan mətbuatı xəbər verir ki, əməliyyat zamanı terrorçuların sığındığı üçmərtəbəli qəzalı bina partladılıb.

Öldürülən terrorçular “Təhrik-ei-Taliban” qruplaşmasının üzvləri olub.

Hökumət qüvvələrindən bir neçə adam yüngül yaralanıb. Əyalətdə digər terrorçu düşərgələrinin müəyyən edilməsi istiqamətində də iş aparılır.(AZƏRTAC)

AzNews.az