- Dünyanın halı
- 21 Aprel 2019 09:58
- 2 242
Şri-Lankada partlayış - 25 nəfər öldü

3 kilsə və 3 hoteldə partlayış olub
Şri-Lankanın paytaxtı Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 25 nəfər ölüb, 280-dən çox insan yaralanıb.
İlk partlayış yerli vaxtla səhər 8:45-də Kolombo şəhərindəki kilsədə Pasxa bayramı ilə əlaqədar insanların çox olduğu vaxt baş verib.
Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. (AZƏRTAC)