İnsident zamanı təyyarənin göyərtəsində 13 nəfər olub İnsident zamanı təyyarənin göyərtəsində 13 nəfər olub

Hindistandakı təyyarə qəzasından sağ çıxan olmadı

İnsident zamanı təyyarənin göyərtəsində 13 nəfər olub

Hindistan Hərbi Hava Qüvvələrinin axtarış qrupu An-32 təyyarəsinin qəzaya uğradığı Arunaçal-Pradeş ştatının şimal-şərqindəki dağlarda sağ qalanların olmadığını bildirib.

ANI informasiya agentliyi xəbər verir ki, axtarış qrupu təyyarənin qəzaya uğradığı yerə iyunun 13-də səhər saatlarında çatıb.

İtən An-32 hərbi-nəqliyyat təyyarəsinin qalıqları iyunun 11-də Lipo yaşayış məntəqəsindən 16 kilometr şimalda dəniz səviyyəsindən 3,5 min kilometr hündürlükdə aşkarlanmışdı.

Xatırladaq ki, Assam ştatının Corhat şəhər aeroportundan havaya qalxaraq ölkənin şimal-şərqində yerləşən Arunaçal-Pradeş ştatına uçan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 hərbi-nəqliyyat təyyarəsi iyunun 3-də yerli vaxtla saat 12:25-də radarlardan itib. Təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra dispetçerlə sonuncu dəfə əlaqə saxlayıb. İnsident zamanı təyyarənin göyərtəsində 13 nəfər - səkkiz ekipaj üzvü və beş sərnişin olub.(AZƏRTAC)

AzNews.az