Hadisə mazut daşıyan avtomobilin partlaması nəticəsində baş verib Hadisə mazut daşıyan avtomobilin partlaması nəticəsində baş verib

Suriyada partlayış - 8 nəfər öldü

Hadisə mazut daşıyan avtomobilin partlaması nəticəsində baş verib

Suriyanın Afrin bölgəsinin mərkəzində içərisində partlayıcı qurğu yerləşdirilən avtomobilin partlaması nəticəsində 8 mülki şəxs ölüb, 35 dinc sakin yaralanıb.

Məlumatı “CNNTurk” yayıb.

Bildirilib ki, hadisə iyulun 11-də Afrinin cənubundakı Tirendə yaşayış məntəqəsində partlayıcı qurğu yüklənmiş mazut daşıyan avtomobilin partlaması nəticəsində baş verib.

Hücumu terrorçu PKK-nın Suriyadakı “YPG” və “PYD” adlı qollarının törətdiyi ehtimalı daha çoxdur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Zeytun budağı əməliyyat nəticəsində Afrini, ətraf bölgələri terrorçulardan təmizləmişdi.(report.az)

AzNews.az