- Dünyanın halı
- 28 İyul 2019 19:37
- 1 871
Əfqanıstanda baş nazir vəzifəsinə namizəd olan Ə.Salehin ofisinə hücum edilib

Əfqanıstanın baş naziri vəzifəsinə namizəd olan Əmrullah Salehin Kabuldaki ofisinə edilən hücum nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə "Tolo News" telekanalı xəbər verib.
Qeyd edək ki, öncə Kabulda partlayış nəticəsində 6 nəfərin xəsarət alması barədə məlumat verilmişdi.
Bildirilir ki, Ə.Salehin ofisində onun köməkçiləri olub. Hücumda dörd nəfər iştirak edib. (Trend)