Hərbi kəşfiyyat qrupları əməliyyat həyata keçirib Hərbi kəşfiyyat qrupları əməliyyat həyata keçirib

İŞİD lideri Bağdadinin yaxın adamı tutuldu - İraqda

Hərbi kəşfiyyat qrupları əməliyyat həyata keçirib

Terror təşkilatı İŞİD-in lideri Əbubəkir Bağdadiyə yaxın olduğu iddia edilən əmirlərdən birinin tutulduğu açıqlanıb.

AzNews.az xəbər verir ki, bu haqda İraq Müdafiə Nazirliyi yazılı açıqlama yayıb.

Mənbə bildirir ki, ölkənin qərb hissəsində Enbar Hit əyalətində hərbi kəşfiyyat qrupları əməliyyat həyata keçirib.

Nəticədə Bağdadiyə yaxın əmirlərdən biri ələ keçirilib.

Qeyd edək ki, 2014-cü ilin iyun ayında terror təşkilatı İŞİD başda Mosul olmaqla İraq ərazisinin üçdə birini ələ keçirdi. 2017-ci ilin dekabrında İraq qüvvələri həmin əraziləri geri aldı.

İŞİD-in bölgədən çıxarılmasına və şəhərlərin geri alınmasına baxmayaraq, təşkilat Kərkük, Diyala, Mosul, Səlahəddin və Enbar əyalətlərinin kənd yerlərində hücumlara davam edir.

Babək Göyüş

AzNews.az