Naməlum ölümcül xəstəlik aşkar edildi – Artıq ilk qurban var

Ölən qadında Ebola virusu, Denge qızdırması və malyariya əlamətləri müşahidə olunub

Tanzaniya sakini naməlum xəstəlikdən ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.

Təşkilat ölkəyə təcili araşdırma aparmaq üçün mütəxəssislərdən ibarət komanda göndərib. Bundan əlavə, ÜST Tanzaniya Səhiyyə Nazirliyinə hadisə ilə əlaqədar əlavə məlumat verməyi ilə bağlı müraciət edib.

ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin nümayəndəsi Jastin Vilyams bildirib ki, ölən qadında Ebola virusu, Denge qızdırması və malyariya əlamətləri müşahidə olunub.

“Lakin, görünür, bu, başqa bir şeydir”, - deyə Vilyams bildirib. (oxu.az)

AzNews.az