Görüşün gündəliyi haqqında daha sonra məlumat veriləcək Görüşün gündəliyi haqqında daha sonra məlumat veriləcək

Lavrov və Pompeo BMT qərargahında görüşəcəklər

Görüşün gündəliyi haqqında daha sonra məlumat veriləcək

ABŞ-ın dövlət katibi Maykl Pompeo və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun görüşü qarşıdakı cümə gününə planlaşdırılıb.

Bu barədə TASS-a BMT Baş Assambleyasının 74-cü sessiyasında Pompeonun görüşləri ilə bağlı brifinq keçirən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

"Görüş (Sergey Lavrovla -red) BMT qərargahında sentyabrın 27-də, saat 10:30-a planlaşdırılıb", - deyə o, bildirib. Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, görüşün gündəliyi haqqında daha sonra bildiriləcək.

BMT Baş Assambleyasının 74-cü sessiyası ötən çərşənbə axşamı Nyu-Yorkda işə başlayıb. (Report)

AzNews.az