- Dünyanın halı
- 3 Noyabr 2019 05:37
- 1 828
Meksika prezidenti ölkədə çevrilişin qeyri-mümkün olduğunu bildirib
Bu dəstək ölkədə dövlət çevrilişini həyata keçirməyə imkan verməyəcək
Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib ki, ölkədə dövlət çevrilişi etmək qeyri-mümkündür.
Bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.
"Dəyişikliklər prosesi, hansına ki, mən başçılıq edirəm, əksəriyyətin azad və şüurlu dəstəyini istifadə edir", - deyə Obrador "Twitter"də yazıb.
Onun sözlərinə görə, bu dəstək ölkədə dövlət çevrilişini həyata keçirməyə imkan verməyəcək.
Dövlət başçısı həmçinin 1913-cü ildə prezident Fransisko Maderonun devrilməsini xatırladıb. Obrador qeyd edib ki, indi vəziyyət başqadır. (report)
AzNews.az