Venesiya yenidən su altında qala bilər

Venesiyanın bərpası üçün həm İtaliya, həm də xaricdən pul köçürülməsi üçün bank hesabı açılıb

Bu gün Venesiyada yenidən suyun səviyyəsi pik həddə çata bilər.

“RİA Novosti” agentliyinə istinadən verilən məlumata görə, Venesiyada su səviyyəsinin 160 santimetrə qədər yüksələcəyi gözlənilir.

Şəhərin 77 faizinin su altında qalacağı proqnozlaşdırılır. Venesiya meri Luici Brunyaro mərkəzi San-Marko meydanının bağlandığını bildirib. Dünən İtaliya Mülki Müdafiə Xidməti L. Brunyaronu şəhərin bərpası üzrə fövqəladə komissar təyin edib. İtaliya hökuməti subasmanın ilkin nəticələrinin aradan qaldırılması üçün 20 milyon avro ayırıb, kreditlərin müddəti bir il dondurulub.

Baş nazir Cuzeppe Konte fiziki şəxslərə 5 min avro, şirkətlərə 20 min avro kompensasiya veriləcəyini açıqlayıb.

Qeyd edək ki, noyabrın 12-də Venesiyada su səviyyəsi 187 santimetrə çatıb, şəhərin 80 faizi su altında qalıb. Müşahidələrin aparıldığı 1872-ci ildən belə yüksək göstərici qeydə alınmayıb.

Venesiyanın bərpası üçün həm İtaliya, həm də xaricdən pul köçürülməsi üçün bank hesabı açılıb. Mülki Müdafiə Xidməti istənilən şəxsin 2 avro göndərə biləcəyi SMS xidməti istifadəyə verib. (APA)

AzNews.az