Qarışıqlıqlar nəticəsində ümumilikdə 27 nəfər həlak olub Qarışıqlıqlar nəticəsində ümumilikdə 27 nəfər həlak olub

Boliviyada aksiyalarda Moralesin üç tərəfdarı öldürüldü - VİDEO

Qarışıqlıqlar nəticəsində ümumilikdə 27 nəfər həlak olub

Boliviyanın təhlükəsizlik orqanları El-Alto şəhərində sabiq prezident Evo Moralesin tərəfdarlarına qarşı güc tətbiq edib.

"Anadolu" xəbər verir ki, nəticədə 3 nəfər olub, daha 30 nəfər yaralanıb.

Qeyd edilir ki, hərbçilər etirazçıların barrikada qurduqları Senkata yaşayış məntəqəsində əməliyyat keçiriblər.

Əməliyyatın hədəfi - paytaxt La-Pasa təbii qaz və yanacaq çatdıran tankerlərin təhlükəsiz doldurulmasının təminatı olub.

Hüquq müdafiəçiləri Boliviyanın Baş Prokurorluğunu hadisənin təhqiqatını aparmağa, insanların həlak olmasında təqsirkarların məsuliyyətə cəlb edilməsinə və hərbçilərin ictimai aksiyalara müdaxiləsini dayandırmağa çağırıblar.

Boliviyada oktyabrın 20-də baş qaldırmış qarışıqlıqlar nəticəsində ümumilikdə 27 nəfər həlak olub, azı 765 nəfər yaralanıb.

Qeyd edək ki, sabiq prezident Evo Morales Meksikaya gedib və siyasi sığınacaq alıb.(report.az)

AzNews.az