- Dünyanın halı
- 14 Dekabr 2019 10:31
- 1 520
Samoa və Ficidə qızılca epidemiyasından 93 nəfər ölüb

Ölənlərin əksəriyyəti 4 yaşınadək uşaqlardır
Samoada qızılca epidemiyası 72 nəfərin ölümünə səbəb olub.
Epidemiyaya yoluxanların sayı artıq 5 min nəfərə çatıb.
Məlumata görə , ölənlərin əksəriyyəti 4 yaşınadək uşaqlardır.
Samoa Səhiyyə Nazirliyi noyabrın 18-dən əhalinin 93 faizinin peyvənd edildiyini bildirib.
Qeyd edək ki, qızılca xəstəliyi Ficidə də epidemiya halını alıb və 21 nəfərin ölümünə səbəb olub. (APA)
AzNews.az